sedanews.az
sedanews.az

Rus və türk hərbçilərin görüşündə provokasiya... - Sotnikov

30-10-2019, 10:30 765 dəfə baxılıb

Rus və türk hərbçilərin görüşündə provokasiya... - Sotnikov



                Radikal qruplaşmalar Suriya sərhədinin Türkiyənin nəzarətinə keçməsini istəmir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Vladimir Sotnikov Türkiyə-Suriya sərhədində yaşanmış provokasiya ilə bağlı açıqlamasında deyib.
“Məncə, radikal cihadçıların, terrorçuların işidir. Oradan 350 min insan təxliyə edilmişdi. Əslində bu bölgədə qeyri-müəyyən sayda radikal döyüşçü var. Bunlar beynəlxalq terrorçular da deyil, bu bölgənin xüsusi zona olmasını istəməyənlərdir”, - deyə ekspert bildirib.
Sotnikov həmin radikalların Türkiyənin dəstəklədiyi müxaliflərdən olmadığını qeyd edib:
“Bunlar olduqca fərqli radikallardır. Bu ərazilərin Türkiyənin nəzarətində olması onların mənafeyinə uyğun deyil. Bu səbəbdən provokasiya həyata keçirirlər”.
Qeyd edək ki, Rusiya Atəşkəsi İzləmə Mərkəzi Türkiyə-Suriya sərhədində, Derbesiye sərhəd-keçid məntəqəsində rus hərbi polisinin Türkiyə tərəfi ilə görüşü əsnasında naməlum şəxslər tərəfindən uğursuz provokasiyaya cəhd edildiyi barədə məlumat yaymışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA