sedanews.az
sedanews.az

Nigar və Eldarın “Avroviziya”dakı birinciliyi Türkiyədə dərsliklərə salındı

26-11-2019, 14:39 735 dəfə baxılıb

Nigar və Eldarın “Avroviziya”dakı birinciliyi Türkiyədə dərsliklərə salındı 
 
2011-ci ildə “Avroviziya” beynəlxaq mahnı müsabiqəsində Azərbaycana qalibiyyət gətirən müğənnilər Nigar Camal və Eldar Qasımovun birinciliyi  Türkiyədə dərsliklərə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nigar Camal sosial şəbəkədəki səhifəsində məlumat verib.  
“Yedi İklim Türkçe” dərsliyində həmyerlərimizin uğurundan yazılıb:
“56-cı “Eurovision” musiqi yarışması 14 may 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilib. Yarışmanın birincisi 221 xalla Azərbaycan oldu. Azərbaycanın mahnısını Eldar və Nigar söyləyib. İtaliya 189 balla ikinci, İsveç isə 185 balla üçüncü olub”.
Qeyd edək ki, Nigar və Eldar “Running Scared” mahnısı ilə ilk dəfə ölkəmizə birincilik gətirmişdi. Həmin il isə Türkiyə yarışmada iştirak etməmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA