sedanews.az
sedanews.az

ABŞ Çin diplomatlarını ölkədən qovdu

16-12-2019, 12:59 673 dəfə baxılıb

ABŞ Çin diplomatlarını ölkədən qovdu





                ABŞ bu ilin sentyabrında Virciniya ştatında qeyri-qanuni olaraq hərbi bazaya daxil olmaq istəyən iki çinli diplomatı ölkədən qovub.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, onlardan biri Çin kəşfiyyat xidmətinə işləməkdə təqsirləndirilir.
Qeyd edək ki, hər iki diplomat bazaya həyat yoldaşları ilə gəliblər, lakin onların bazaya giriş üçün icazələrinin olmadığı məlum olub.
Vaşinqton hesab edir ki, “casus”lar bazada təhlükəsizlik sisteminin necə işlədiyini öyrənmək istəyib. Çinli diplomatlar isə baş verənlərin bir anlaşılmazlıq olduğu bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA