sedanews.az
sedanews.az

Trampın qərarının şok səbəbi: Müharibəyə hazırlıq

27-03-2019, 11:30 1 336 dəfə baxılıb

Trampın qərarının şok səbəbi: Müharibəyə hazırlıq

  <img src="https://imgs.su/upload/195/1236625826.jpg">      
                        
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                   
Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın Qolan təpələrini İsrail ərazisi kimi tanımaq qərarını şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq hesab edir ki, sözügedən qərar Trampın siyasi aləmdə yenicə peyda olmuş özfəaliyyət gedişidir və yalnız iki məqsədə qulluq edir:
“Birincisi, ABŞ belə bir addımla İsrail dövlətinin hələ ki, müvəqqəti rəhbəri olan Benyamin Netanyahuya siyasi dəstək verir, ikincisi, Yaxın Şərqdəki vəziyyəti daha da çətin bir duruma salır. Belə ki, BMT nahaq yerə bu məsələyə neqativ reaksiya bildirməyib. Çünki Qolan təpələri işğal olunmuş torpaqlardır. İstənilən halda belə bir gedişin hansısa gələcəyi ola bilməz. Aydın məsələdir ki, bu cür gedişlər açıq-aşkar yeni müharibə ehtimalını artırmağa hesablanıb. Ona görə də Avropa İttifaqı, Rusiya, Çin, İran, Türkiyə, ərəb dövlətləri və digər ölkələr bu məsələ ilə bağlı barışmaz mövqe sərgiləyiblər”.
Politoloq bildirib ki, Tramp bu minvalla dünya nizamına çox təsirli zərbələlər endirir:
“O, ilk dəfə deyil ki, olduqca anlaşılmaz hallara yol verir. Yəni söhbət onun İranla nüvə proqramından birtərəfli şəkildə çıxması, Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanımasından gedir. Bu cür gedişlər problemli vəziyyətlərə heç də yüngüllük gətirmir, əksinə, onları daha da körükləyir. ABŞ Yaxın Şərq problemində dörd vasitəçidən biri olaraq yol verdiyi ciddi siyasi səhvlərlə birbaşa öz nüfuzunu itirir. Ona görə də hesab edirəm ki, yeni dünya nizamında korrektələrə ehtiyac var. Dünya birliyi ABŞ-ın özbaşınalığına son qoymaq üçün yeni mexanizmlər işləyib hazırlamalıdır”.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp 1967-ci ildə İsrailin işğal etdiyi Qolan yüksəkliyini İsrailin ərazisi kimi tanımaqla bağlı qərarı imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA