sedanews.az
sedanews.az

Böyük Britaniyada baş nazirin ofisi qarşısında Gəncə terroruna etiraz edilib

27-10-2020, 13:10 479 dəfə baxılıb

Böyük Britaniyada baş nazirin ofisi qarşısında Gəncə terroruna etiraz edilib

Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib. Aksiya zamanı Gəncə şəhərində işğalçı Ermənistan ordusunun terror aktı törətməsi, mülki şəxslərin, o cümlədən, azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması pislənib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının təmsilçiləri və şəhər sakinləri də iştirak edib.
Əllərində Gəncə terrorunun qurbanlarının adları yazılan plakatlar tutan aksiya iştirakçıları, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirib, Boris Consonu və Britaniya ictimaiyyətini mülki şəxslərin, xüsusi ilə də uşaqların qətlə yetirilməsinə biganə qalmamağa çağırıblar.
Ermənilərin təxribatçı cəhdlərinə baxmayaraq, aksiya insidentsiz başa çatıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA