sedanews.az
sedanews.az

Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF

17-07-2019, 12:06 44 dəfə baxılıb

Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF



 

“Məsələnin həlli – sərhədlərin hər iki tərəfdən açılması və turistlərin bir ölkədən digərinə keçərək kompleksə tam baxa bilmələri, din xadimlərinin ibadət etmək üçün bütün müqəddəs yerlərə buraxılmasındadır”.
 
Bu barədə “Artparalel” teleradio-prodüser mərkəzinin direktoru, “Beynəlxalq Siyasi Münasibətlər və Politoloji Elmlər Mərkəzi”nin həmtəsisçisi və vitse-prezidenti Tengiz Txilava Keşikçidağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
 
“Təəssüf doğuracaq insidentdir. Qısa desək, mövzu çox həssasdır və onu incəliklə həll etmək lazımdır. Xüsusən də, hadisənin iki dost ölkə, strateji tərəfdaş arasında baş verdiyini nəzərə almalıyıq. Aydındır ki, David Qareci monastırının bir hissəsi Gürcüstan, digər hissəsi Azərbaycan ərazisində yerləşir. Dindarların dua etmək, turistlərin isə gəzmək niyyəti başa düşüləndir. Burda nə sərhədi bağlamaq, nə də cavab olaraq qarşı tərəfin haray-həşir salması yersizdir. Məsələnin həlli – sərhədlərin hər iki tərəfdən açılması və turistlərin bir ölkədən digərinə keçərək kompleksə tam baxa bilmələri, din xadimlərinin ibadət etmək üçün bütün müqəddəs yerlərə buraxılmasındadır. İstənilən halda, burda ilk kimin yaşadığını müəyyən etmək, kimin sonradan gəldiyini müəyyən etmək orta əsrlərə geri  dönüş üçün addım olacaq və nə Gürcüstan, nə də Azərbaycan üçün heç bir nəticə verməyəcək".  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA