sedanews.az
sedanews.az

Rusiyadan Türkiyəyə tam dəstək: Təəssüf...

18-07-2019, 12:37 956 dəfə baxılıb

Rusiyadan Türkiyəyə tam dəstək: Təəssüf...



                Avropa Birliyinin (AB) Şərqi Aralıq dənizində kəşfiyyat-qazıntı işlərindən dolayı Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləmirik.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Sanksiya təzyiqinin bir vasitə olmaması prinsipindən çıxış edirik. Lakin təəssüf ki, bu, hazırda beynəlxalq əlaqələrin bir faktorudur. Amma qətiyyən diplomatik deyil və beynəlxalq siyasətin əsasını təşkil etməməlidir”, - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, Avropa Birliyi Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq etmək barədə qərar verib. Sanksiya planına əsasən, AB Ankaraya maliyyə yardımını məhdudlaşdıracaq, hava nəqliyyatı sazişi ilə bağlı danışıqları təxirə salacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA