sedanews.az
sedanews.az

İranda ABŞ-a işləyən 17 casus həbs edilib

22-07-2019, 12:47 796 dəfə baxılıb

İranda ABŞ-a işləyən 17 casus həbs edilib



 

İran hökuməti ABŞ-a kəşfiyyat xidməti göstərən 17 nəfəri həbs edib.

Bu barədə ölkənin İnformasiya və Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Həbs olunanlar İran daxilində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırılırlar.

Qeyd olunur  ki, həbs prosesləri son 1 il ərzində həyata keçirilib. 

Məlumata görə, saxlanılanlardan bəziləri edam olunacaq, digərləri isə uzun müddətli həbs həyatına məhkum olunacaqlar.

Casuslar ölkənin iqtisadiyyat, nüvə, infrastuktur və hərb sahələrinə yaxın şəxslər olublar.
(Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA