sedanews.az
sedanews.az

Rusiyadakı yanğın ABŞ-a çatdı

1-08-2019, 17:31 846 dəfə baxılıb

Rusiyadakı yanğın ABŞ-a çatdı



 

Sibirdəki meşə yanğınları ABŞ və Kanadaya çatıb.
“Qafqazinfo”nun “NASA”ya istinadən verdiyi xəbərə görə, yanğın tüstüsü Alyaska (ABŞ) və Şimali Amerikanın qərb sahilinə, Sietlə (ABŞ) qədər çataraq yerli meşə yanğınlarının tüstüsü ilə qarışıb.
Qeyd edək ki, Rusiyada meşə yanğınları üç milyon hektara yaxın ərazini əhatə edir. İyunun əvvəlindən bugünə qədər ən azı 11 bölgəni alov bürüyüb.
Duman artıq Qazaxıstanın bir neçə bölgəsini, Karaqandin bölgəsini, Almatı vilayətinin şimal rayonlarını əhatə edib və Monqolustana çatıb.
Meşə yanğınları səbəbiylə Krasnoyarsk diyarı, İrkutsk bölgəsi və qismən Buryatiyada fövqəladə vəziyyət tətbiq edilib. 
Ümumdünya Meteoroloji Təşkilatının nümayəndələri hesab edirlər ki, tüstü və yanma məhsulları qlobal istiləşməni gücləndirə və Arktikada buzların ərimə sürətini artıra bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA