sedanews.az
sedanews.az

Ərdoğandan prinsipial mövqe: Trampın masasına getmədi

25-09-2019, 11:19 36 dəfə baxılıb

Ərdoğandan prinsipial mövqe: Trampın masasına getmədi

                Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışının ardından liderlər üçün təşkil olunan ziyafətə qatılmayıb.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.
Ərdoğanın ziyafətə qatılmamasına səbəb Misir Prezidenti Əbdülfəttah Sisinin ABŞ Prezidenti Donald Tramp və BMT Baş katibi Antonio Quterreşlə eyni masa ətrafında əyləşdiyini öyrənməsi olub.
Masa ətrafında həmçinin Almaniya kansleri Angela Merkel və Polşa Prezidenti Andjey Duda da əyləşib. Spirtli içkidən istifadə etməyən Tramp içi şirə ilə dolu qədəhini qaldıraraq qonaqları salamlayıb. Misir liderinin 2014-cü ildə olduğu kimi yenə də Trampın masasında əyləşməsi diqqət çəkib.
Xatırladaq ki, Ərdoğan 2014-cü ildə də ABŞ Prezidenti Barak Obamanın masasında Misir lideri Əbdülfəttah Sisi əyləşdiyi üçün ziyafətə qatılmamışdı. Ərdoğan ziyafətdə iştirakdan imtina etməsinin səbəbini “Eyni masada əyləşib çevrilişçiləri qanuniləşdirə bilmərəm” sözləri ilə izah etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA