sedanews.az
sedanews.az

Mir Şahin Arif Hacılını darmadağın etdi

15-11-2019, 15:14 734 dəfə baxılıb

Mir Şahin Arif Hacılını darmadağın etdi



                Müsavat Partiyasının sədri Arif Hacılı iki gün keçməsinə baxmayaraq, Almaniyada siyasi mühacir alveri ilə bağlı saxlanılan partiya üzvləri haqda hələ də doğru-dürüst cavab verə bilməyib.
Axar.az xəbər verir ki, Real TV-nin əməkdaşı Mahir Məmmədli sözügedən məsələ ilə əlaqədar A.Hacılının münasibətini öyrənmək istəsə də, partiya sədri açıqlama verməkdən imtina edib.
O, yalnız M.Məmmədlinin sosial şəbəkələrdəki tənqidi paylaşımından sonra dilə gəlib.
“Mənim deyəcək sözüm var. Sözümü deyirəm də. Amma sizə demirəm. Çünki siz jurnalistika ilə yox, təxribatla məşğulsunuz. Şərə xidmət edirsiniz”, - A.Hacılı yazıb.
Real TV-nin rəhbəri, tanınmış jurnalist Mir Şahin isə A.Hacılının bu cavabına münasibət bildirib:
“Arif, ucuz populizmlə məşğul olma. Özün də bilirsən ki, bu saat səmimi deyilsən, sadəcə publikaya, daha doğrusu, publikana, lap doğrusu, qaragüruha oynayırsan. Biz və ya mən səndən də, təmsil etdiyin qurumun başqa üzvlərindən də lazım bildiyimiz vaxtlarda müsahibə istəmişik və almışıq! Bu bazar günü sənin eksport-import biznesin də daxil olmaqla, dırnaqarası mühacir məsələsindən danışacam. Cavabın olacaq! Ciddi və yeni faktlarla! Müsahibədən qaçmağın isə məntiqlidir. Mahir də qaçanlardan soruşmağa gəlmişdi!”
A.Hacılı isə cavabında söhbəti başqa məcraya çəkib:
“Bir partiya başqanı ilə “sən” deyə danışmanız etika səviyyənizi, mənim açıqlamalarımdan xəbərsiz olmağınız isə jurnalist olmadığınızı göstərir”.
Mir Şahin cavabı gecikməyib:
“Arif, mən sənə heç vaxt “siz” deyə müraciət etməmişəm. Bir fakültəni bitirmişik, sən də mənə “sən” demisən, yaddaşını silkələ. Hansısa başqan, daşqan, boşqan və s. tipli fonemlər isə səni dəyişmir. Zəif və iradəsiz biri, bədii, siyasi və ictimai məzmun etibarilə zəif kəssən. Belə də olacaqsan həmişə”.
Qeyd edək ki, A.Hacılı ötən gün sosial şəbəkə hesabında Müsavat Partiyasının üzvlərinin Almaniyada siyasi mühacir alveri və saxta sənəd hazırlanması ilə bağlı həbslərini Avropanın miqrantların sayını mümkün qədər azaltmaq siyasəti ilə izah etməyə cəhd göstərmiş və buna görə də sərt reaksiyalarla üzləşmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA