sedanews.az
sedanews.az

Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi

22-11-2019, 14:06 670 dəfə baxılıb



Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi


 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova helikopterlə Ağdamda vətəndaşlarla görüşə getməsi məsələsinə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, o, YAP-ın İcra Katibliyində bildirib ki, Komitənin nə helikopteri, nə təyyarəsi var:
“Bizim qurum ən aşağı büdcəsi olan komitədir. Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən cəbhə zonasında görüşə helikopterlə getmək üçün hərbçilərə zəng etdim. Xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar.
REKLAM 
www.bosch-home.com
Daha ətraflı
Çünki məni orada 30-dan çox insan gözləyirdi. Mən hərbi helikopterlə getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi”.
“Qısa müddətdə oraya çatdım, 30-dan çox kişini, 50-dən çox qadını qəbul etdim. Mən oraya nə kefə, nə də kurorta getmişdim”, - deyə H.Hüseynova qeyd edib.
İlhamə Əbülfət






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA