sedanews.az
sedanews.az

Jurnalistlərin səfəri niyə məxfi keçirilib? - Sədr açıqladı

26-11-2019, 15:09 899 dəfə baxılıb

Jurnalistlərin səfəri niyə məxfi keçirilib? - Sədr açıqladı



                Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev azərbaycanlı jurnalistlərin İrəvana və işğal olunmuş Şuşa və Xankəndi şəhərlərinə səfərlərinin tarixi və həmin jurnalistlərin kimliyi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsinin səbəblərini açıqlayıb.
Axar.az xəbər verir ki, icma sədri bildirib ki, bu, müvafiq razılaşma əsasında həyata keçirildiyinə görə məhz əvvəlcədən açıqlanmayıb:
“Biz daim erməni icmasına konstruktiv dialoqlar aparmaq üçün müraciətlər etmişik. Hər zaman bu kimi səfərlərə və dialoqlara hazır olmuşuq, dəstəkləmişik. Həmişə mesajlarımızı qarşı tərəfə göndərmişik. Mətbuatdan izlədiyimə görə, jurnalistlərimiz səfər zamanı hər hansı problemlə qarşılaşmayıblar. Çünki görüşlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhlükəsizlik zəmanəti çərçivəsində həyata keçirilib. Jurnalistlərimiz ATƏT-in müvafiq nəqliyyat vasitələri ilə hərəkət ediblər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA