sedanews.az
sedanews.az

Başçı ilə bərabər daha kimlər həbs olundu? - Açıqlama

20-12-2019, 11:18 688 dəfə baxılıb

Başçı ilə bərabər daha kimlər həbs olundu? - Açıqlama



                Haqqımda yayılan məlumatlar yalandır, yazılanların hamısını təkzib edirəm. Ağstafada DTX-nın keçirdiyi əməliyyatın mənimlə heç bir bağlılığı yoxdur.
Bu sözləri Axar.az-a Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva keçirilən əməliyyatda onun da saxlanılması ilə bağlı mediada yayılan xəbərə münasibət bildirərkən deyib.
F.Vəliyeva qeyd edib ki, həbs edilən icra başçısı Nizaməddin Quliyevlə aralarında heç bir şey olmayıb:
“Əməliyyat zamanı Nizaməddin Quliyevin yanında olmağımla bağlı deyilənlər də doğru deyil. Mən nə onun yanında olmuşam, nə otağında, nə də o məsələdə iştirakım olub. İnanın ki, mənim o işlərlə heç bir əlaqəm yoxdur. Hazırda da xəstəxanadayam və iş başındayam. Bu gün saat 2-də Yaponiya səfirliyində dəyərli deputatımız Məlahət xanm İbrahimqızı ilə görüşəcəyəm. Yaponiya səfirliyi bizim bir kəndimizdə həkim məntəqəsi tikəcək. Onunla bağlı orada görüşümüz olacaq”.
F.Vəliyeva DTX-nın yaydığı rəsmi məlumatda icra başçısının “səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim edilməsini tələb etməsi və alması” barədə də danışıb:
“Mənimlə bağlı heç nə yoxdur. Başqası ilə bağlı bilmirəm, ancaq mənim belə işlərdə əlim yoxudur. Mən heç bir pul mənimsəməmişəm, belə bir hala da şahid olmamışanm”.
Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov dünən Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs ediliblər.
N.Quliyev həm də “səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsində” ittiham edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA