sedanews.az
sedanews.az

Azərbaycanda “sirli” Şaxta baba peyda oldu

25-12-2019, 15:59 949 dəfə baxılıb

Azərbaycanda “sirli” Şaxta baba peyda oldu 




                Sosial şəbəkələrdə İmişli rayonunda arabası ilə dolaşan Şaxta babanın görüntüləri yayılıb. Uşaqlara hədiyyələr paylayan Şaxta baba yerli əhali tərəfindən də maraqla qarşılanıb. Onun kimliyi və niyyəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı Kult.az-a danışan “sirli” Şaxta baba - Gündüz Ağalarov əsas məqsədinin uşaqları əyləndirmək olduğunu deyib.
“Qaynaqçılıq peşəsi ilə məşğul oluram. 27 yaşım var. İnişil məktəbdə Şaxta baba paltarı geyinib, tədbirə qoşulmuşdum. Bu il məndə ideya yarandı ki, belə bir şey edim, uşaqları şənləndirim. Gücüm çatdığı qədər uşaqlara konfet, şar və s. hədiyyə edirəm. Böyük hədiyyələr almağa vəsaitim yoxdur”, - o bildirib.
G.Ağalarov bu işdən elə də böyük qazanc götürmədiyini söyləyib:
“Şəkil çəkdirənlər çoxdur. Amma buradan qazanc götürdüyümü deyə bilmərəm. Bəzən valideynlər 1 manat verir. Elə böyük qazanc güdmürəm, arabaya və Şaxta baba paltarına çəkdiyim xərci qarşılasam, mənə kifayət edir. Hazırda şəhərin mərkəzindəki parkda oturmuşam. Bu, gözlədiyimdən də çox marağa səbəb oldu. Fəaliyyətimə heç kim maneçilik törətmir, hər şey sakinlərin ürəyincədir. Bayram gününə qədər belə fəaliyyət göstərməyi düşünürəm”.
G.Ağalarov Şaxta baba arabasını özünün hazırladığını bildirib:
“Şaxta baba arabasını velosipedin üstündə yığmışam. Fikrimdə var ki, gələn ildən xizək formasında fayton və 2 maral yığım”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA