sedanews.az
sedanews.az

Ərdoğansız bura yanğın ocağına dönər - Perinçək

15-04-2019, 11:04 50 dəfə baxılıb

Ərdoğansız bura yanğın ocağına dönər - Perinçək  

                    Ərdoğansız hökumət qurmağa çalışsanız, o hökumət FETÖ, PKK, CHP, İYİ hökuməti olar. Onlar da Türkiyəni yanğın yerinə döndərər, 3 ay belə idarə edə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçək deyib. O, FETÖ, HDP və PKK xaricindəki qüvvələrin bir hökumətdə birləşdirilməsi gərəkdiyini bildirib:
“HDP, PKK, FETÖ xaindir, düşməndir, ABŞ-ın qüvvələridir. Onlara iqtidar fürsəti yaratmaq bir kənara qalsın, onlara həbsxanadan başqa heç bir imkan və yer verə bilmərik. Buna görə də FETÖ, PKK, HDP-dən başqa qüvvələri bir hökumətdə birləşdirmək siyasi həll baxımdan çox vacibdir. AKP və Rəcəb Tayyib Ərdoğanı kənarda qoyaraq Türkiyə bu çətinlikdən çıxa bilməz. Vətən Partiyasının tərəfdarları da bunu deyən kimi Türkiyəni Ərdoğanla birgə idarə edib-etməyəcəyimi soruşur. Bəli, Ərdoğanla bərabər Türkiyəni idarə etməyə məcburuq. Türkiyə Ərdoğansız buradan çıxa bilməz. Çünki Ərdoğanın arxasında Türkiyənin yarısı var. Dövlət Baxçalı da onunla birlikdədir. İkisi Türkiyənin yarısı deməkdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA