sedanews.az
sedanews.az

Mehriban Əliyevadan möhtəşəm qərar: Bina sökülməyəcək

8-05-2019, 10:28 939 dəfə baxılıb

Mehriban Əliyevadan möhtəşəm qərar: Bina sökülməyəcək

Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. 
Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva İnstaqram" səhifəsində bildirib.
"Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq", - vitse-prezident qeyd edib.
Qeyd edək ki, paytaxtın Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, əvvəllər "Molokan dua evi" kimi tanınan binanın söküləcəyi ilə bağlı xəbər yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA