sedanews.az
sedanews.az

Britaniyanın Bakı səfiri qalmaqala nöqtə qoydu

14-05-2019, 14:22 1 040 dəfə baxılıb

Britaniyanın Bakı səfiri qalmaqala nöqtə qoydu

           
  "Arsenal" və "Çelsi" komandalarını UEFA Avropa Liqasının may ayının 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm! Hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də bir-birlərinə qarşı oynamayıblar. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcəklər və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm.
Sedanews.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.
“Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram.
Bu həftə Böyük Britaniya polisindən, o cümlədən "Arsenal" və "Çelsi" komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm”, - səfir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA