sedanews.az
sedanews.az

SON DƏQİQƏ: Türkiyə sərhədində Azərbaycanın yanacaq tankeri partladıldı - VİDEO (YENİLƏNDİ)

17-05-2019, 11:31 1 125 dəfə baxılıb

SON DƏQİQƏ: Türkiyə sərhədində Azərbaycanın yanacaq tankeri partladıldı - VİDEO (YENİLƏNDİ)        

                                          
Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev AZƏRTAC-a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Faktla bağlı təhqiqat aparılır.
Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.
***
Azərbaycan-Türkiyə sərhəd xəttində yerləşən Dilucu Sərhəd-Keçid Məntəqəsində partlayış baş verib.
Publika.az xəbər verir ki, Azərbaycan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb.
Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müvəffəq olunub.
Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar davam edir.
Hadisənin terror aktı olduğu ehtimal olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA