sedanews.az
sedanews.az

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub

17-05-2019, 15:00 1 043 dəfə baxılıb

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının icrasının təmin edilməsi məqsədilə Bakı Dövlət Universitetində Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub.
 
Bizimaz.az: Jurnalistika fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanmış və nəzmlə yazılmış tamaşada Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtki despot rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən çıxıb vəhşiyə dönməsinə qarşı Nəsiminin üsyankarlığı əsas götürülüb. Tamaşada müridlə mürşid, despot şahla həqiqət tələb edən şair, xeyirlə şər, aşiqlə məşuq münasibətləri verilib.
“Ənəlhəqq” tamaşasının layihə rəhbəri Elcan Məmmədov,  ssenaristlər Fəhruz Rzayev və Rəhman Mirzəlizadə, quruluşçu rejissoru isə Cavidan Kəsəmənlidir. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda BDU-nun rektoru Elçin Babayev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək tələbələri təbrik edib, tamaşanı yüksək qiymətləndirib, onlara uğurlar arzulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA