sedanews.az
sedanews.az

Nəyi hara soxmağı Əlizadəyə anlada bilərəm – Səfir

27-05-2019, 10:46 1 002 dəfə baxılıb

Nəyi hara soxmağı Əlizadəyə anlada bilərəm – Səfir



                Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi ittihamlara cavab verib.
Unikal.org xəbər verir ki, P. Bülbüloğlu jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirakı barədə mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib:
“Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları mənə müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Bu səbəbdən də biz həmin tok-şoularda iştirak üçün politoloqlar təqdim etməli olduq”.
Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P.Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb:
“Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil. O, yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və biz də Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.
P.Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: “Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə muraciət etmişik ki, bizə tok-şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA