sedanews.az
sedanews.az

Bu körpənin anası axtarılır - Foto

3-06-2019, 13:33 989 dəfə baxılıb

Bu körpənin anası axtarılır - Foto



                Hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Uşaqlar Sığınacağına verilən 3 yaşlı uşağın anası axtarılır.
Bu barədə Sedanews.az-a sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib. K.Ağazadə bildirib ki, 3 yaşlı Hümmət adlı uşağın anası onu tanışı olan bir xanıma verərək, gedib. Balacanın anası 25 gündür ki, yoxdur:
“Ananın adı Ayseldir. Ana 3 yaşlı oğlunu tez-tez həmin qadına verib gedirmiş. Bunun müqabilində qadına pul da verirmiş. Artıq 25 gündür ki, ana övladının dalınca gəlmir. Çarəsiz qalan qadın polisə müraciət edib. Polis də uşağı anası tapılana qədər Azərbaycan Uşaqlar Sığınacağına verib”.
Sığınacaq rəhbəri bildirib ki, ilkin ehtimala görə, ana Gəncə şəhərindəndir:
“Əlimizdə ananın heç bir fotosu yoxdur deyə, onun kim olduğunu da dəqiq bilmirik. Bizə məlum olan bircə onun adının Aysel olmasıdır. Biz ananın tapılması üçün uşağın şəkilini paylaşdıq ki, bəlkə yaxınları, qohumları tanıyar və gələr. 25 gündür bu körpənin gözünün yaşı dayanmır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA