sedanews.az
sedanews.az

Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı

11-06-2019, 14:11 999 dəfə baxılıb

Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı

                                                                             
            
Şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir.
Milli.Az  xəbər verir ki, bunu "Ədəbiyyat biliciləri" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri" müsabiqəsi artıq dördüncü ildir keçirilir.
Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları barədə məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənənləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb:
"Mütaliə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Təhsil Nazirliyi mütaliəyə ciddi diqqət ayırır".
M.Vəliyeva ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişləri və mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA