sedanews.az
sedanews.az

Prezident ailəsində xoş gün

3-07-2019, 11:43 1 048 dəfə baxılıb

Prezident ailəsində xoş gün



                Bu gün Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın doğum günüdür. L.Əliyeva bu gün 34 yaşını qeyd edir.
Kult.az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta, İsveçrə və Böyük Britaniyada isə ali təhsil alıb.
Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistr pilləsini bitirib.
L.Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, həmçinin 2007-ci ildən Moskvada nəşr olunan "Baku" jurnalının təsisçisi və baş redaktorudur.
2008-ci il mayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olan L.Əliyeva 2009-cu ildə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.
Leyla xanım 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Əli və Mikayıl adlı əkiz oğlu, övladlığa götürdüyü Əminə adlı qızı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA