sedanews.az
sedanews.az

Əli Əhmədov: "Müəssisələrin tikintisi ağacların kəsilməsi hesabına olmamalıdır"

5-07-2019, 16:16 821 dəfə baxılıb

Əli Əhmədov: "Müəssisələrin tikintisi ağacların kəsilməsi hesabına olmamalıdır"

                                                                                     
            
Ağacların kəsilməsinə bir vətəndaş kimi münasibətim kifayət qədər kəskindir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələlə bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib.
O bildirib ki, Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur: "Müvafiq qurumlar öz üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, ağacların kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri açıldıqca, müəssisələr işə salındıqca əlavə yerlər lazım olur. Amma təbii ki bunların heç biri ağacların kəsilməsi hesabına olmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımdır. Hazırda geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA