sedanews.az
sedanews.az

İlham Əliyev daha bir xalq artistinə ev verdi

8-07-2019, 15:12 20 dəfə baxılıb

İlham Əliyev daha bir xalq artistinə ev verdi





                Azərbaycan Prezidenti İlham Əliyev mərhum müğənni Anatollu Qəniyevin oğlu, xalq artisti Heydər Anatolluya ev bağışlayıb. 
Kult.az xəbər verir ki, bu barədə H.Anatollu Oxu.az-a özü bildirib. O deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:
"Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.
Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.
Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA