sedanews.az
sedanews.az

“Biz “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...”

24-07-2019, 12:29 1 141 dəfə baxılıb

“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 

“Allah Vəhyinə müxalif olan bir toplum gerçək uğur qazana bilməz...”

 

 Xəbər verdiyimiz kimi, ermənilər  Tovuzda “Qarabağ”, “Şuşa” və “İrəvan qalası” adı altında konyak istehsal edilməsinə qarşı çıxıblar. Təbii ki, düşmənlərimiz Azərbaycanın işğal altında saxladıqları qədim şəhərlərinin adı altında alkoqollu içki buraxmasına etiraz etməklə nəinki haqsızlıq, həyasızlıq edirlər. Və əksinə, Azərbaycan da  hələ İrəvanı-filanı demirik,  hüquqi cəhətdən ona məxsus işğal altındakı  şəhərlərinin, o cümlədən Qarabağın adına ermənilərin araq, konyak buraxmasına etiraz etməkdə kifayət qədər haqlıdır... 

Amma məsələnin digər tərəfi var. Sırf  türk, müsəlman ölkəsi olması baxımından Azərbaycanın spirtli içki istehsal etməməli olduğu bir yana, şəhərlərin, bölgələrin, özü də erməni işğalı altında qalanların adına konyak, çaxır, araq və s. buraxması istər mənəvi, istərsə də sırf dini, İslami baxımdan doğru ola bilməz.

Moderator.az əməkdaşının məsələyə münasibət bildirmək üçün müraciət etdiyi tanınmış ilahiyyatçı Ağa Hacıbəyli bu fikirləri söyləyib:
“Təbii ki, biz müsəlmanıq və bizim kültürümüz, mədəniyyətimiz, tariximiz, keçmişimiz, millətimizin mənəvi dəyərləri  İslam olaraq bilinir. Biz şəhidlik qavramını, qaziliyi və s. dinimizdən öyrənmişik. Bir millət olaraq bizim mənəvi qaynağımız Allahın göndərdiyi Vəhy-  Qurani-Kərimdir. Bu Allah Vəhyinə müxalif olan heç bir insan, heç bir toplum gerçək müvəffəqiyyət qazana bilməz. Əgər bir insanın əzalarından biri yerndə deyilsə, ya barmağı tərsinədirsə, ya topuğu yerində deyilsə, yaxud hər hansı bir daxili orqanı düzgün işləmirsə, mütləq həmin insanda bir şikəstlik, bir ciddi qüsur əmələ gəlir. Eynilə  mənəvi qanunlar da belədir. İnsan Yer üzündə Yaradanın qanunlarını pozduğu zaman özü də bilmədən böyük bəla və fəlakətlərlə üzləşir. Bəzən bu işi Allah eləməmiş bütöv bir millət gördüyü zaman ilahi qəzəbə uğrayır və başından faciələr əskik olmur... 
Bu gün Qarabağın, Şuşa, Laçın, Kəlbəcər, Ağdam kimi torpaqlarımızın işğal altında qalması uca millətimizin başını aşağı edən utancverici bir hadisədir. Ana Vətənin bir parçası düşmənin ayağı altındadır və orada istədiyi hər şeyi edir. Biz isə bu gün Şuşa, Qarabağ, yaxud Ağdam, İrəvan  adı altında alkoqollu içkilər istehsal edir və bununla fəxr edirik. Bu gün biz əsas gücümüzü, elmimizi torpaqlarımızın azad olunması işinə yönəltməliyik.  Biz Qarabağ, Şuşa, Ağdam adı altında sərxoşedici, haram içkilər yox, atıcı silahlar, toplar, tanklar, raketlər istehsal etməyə qadir olmalıyıq... 
Allah-Təala Qurani-Kərimin “Ənfal” surəsində müsəlman ümmətinə  əmr edir ki, daim düşmənə qarşı böyük güc toplayın ki, onun canına qorxu salasınız. Rəbbimizin kafirlərə qarşı savaş meydanında bizə güc toplamaq əmri verdiyi bir zamanda biz, əksinə, gücümüzü əlimizdən alan haram bir məhsul istehsal edirik, adını da “Şuşa” qoyuruq. Elə bir  iş görürük ki, erməni də bizə etiraz etməyə cürət tapır. Biz birdəfəlik elə bir iş görməliyik ki, ermənilər bizə etiraz etməyə imkan belə tapmasın. Bu da bütün gücümüzü toplayıb torpaqlarımızı işğaldan azad etməkdən ibarətdir...” 
Sultan Laçın 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA