sedanews.az
sedanews.az

Saxta adapterlər insanlara xəsarət yetirir - XƏBƏRDARLIQ...

30-07-2019, 12:56 809 dəfə baxılıb

Saxta adapterlər insanlara xəsarət yetirir - XƏBƏRDARLIQ...



 

Saxta adapterlər insanlara xəsarət yetirir. Əlimizdən düşməyən telefonlarımızla bağlı qorxunc bir araşdırma aparılıb. 

Moderator.az xəbər verir ki, “Annals of Emergency Medicine” adlı tibb dərgisində yer alan araşdırmada “iPhone” markalı telefonların adapter cihazlarının ölümcül olduğu ortaya çıxıb. Aparılan araşdırmaya görə 400 saxta adapter cihazından yüzdə 99-u təhlükəlidir.
ABŞ mediasında geniş yer alan bu araşdırmada 19 yaşında bir gənc qadının yaşadığı dəhşətli hadisə diqqət çəkib. Belə ki, adı açıqlanmayan qadın yatarkən telefonunu saxta adapterə taxaraq yatağının baş tərəfinə qoyub. Qısa müddət sonra boynundakı qızıl boyunbağı adapterə dəyərkən həyatının şokunu yaşayıb. Hadisə nəticəsində qadının boynu yanıb. 
 Miçiqan Universitetinin professoru Karrisa Bunke məsələylə bağlı açıqlama verib və gəncləri diqqətli olmağa çağırıb: “Gənclər çox böyük risk altındadır, çünki telefondan çox istifadə edirlər. Telefonları yatarkən baş tərəflərində adapterə taxmaları çox təhlükəlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA