sedanews.az
sedanews.az

“Atama oğlumun şəkillərin göndərdim, deyirlər ki, nəvəsini görəndə ürəyi açılıb...”

6-08-2019, 16:42 730 dəfə baxılıb

“Atama oğlumun şəkillərin göndərdim, deyirlər ki, nəvəsini görəndə ürəyi açılıb...”



 

Xəbər verdiyimiz kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Moderator.az-a açıqlamasında atasından bu dəfə də şifahi məlumat aldığı üçün məyus olduğunu bildirib:
“Dünən mənə Beynəlxalq Qızıl Xaç Komitəsindən zəng vurdular və bildirdilər ki, atamla görüşüblər. Amma yenə atamdan nə məktub, nə video, nə də məktub gətirib mənə təqdim etdilər. Şifahi olaraq bildirdilər ki, atanın səhhəti nə yaxşı, nə də pis deyil. Mən də atama oğlumun şəkillərini göndərmişdim və dedilər ki, şəkilləri görüb çox sevinib, hətta gülüb, ürəyi açılıb. Mənə deyirlər ki, atan özü video və məktub göndərmək istəmir. Mən isə hər dəfə buna görə öz etirazımı bildirirəm ki, iki ilə yaxın müddətdir atamdan adi bir kağız parçası belə gətirə bilmirsiniz. Bunlar beynəlxalq təşkilat olaraq sübut edə bilmirlər ki, atam sağdır, yoxsa ki, dünyasını dəyişib. Mənə deyirlər ki, narahat olma atanın səhhəti normaldır. Bu gün D.Əsgərovun ailə üzvləri və insanlar buna görə çox narahdırlar. Şifahi məlumat almaqdan artıq qarnım “toxdu””.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA