sedanews.az
sedanews.az

Gülüstan qalasının daşlarından tövlə tikilir, qurumlar isə işi bir-birinin üstünə atır - FOTO

19-08-2019, 16:12 32 dəfə baxılıb

Gülüstan qalasının daşlarından tövlə tikilir, qurumlar isə işi bir-birinin üstünə atır 



Şamaxı rayonunda Şirvanşahlar dövrünə aid Gülüstan qalasının (IX-XII əsrlər) divarları dağılma təhlükəsi altındadır. Tarixi abidəyə heç bir qurum nəzarət etmədiyi üçün Böyük Xınıslı kəndinin bir qrup sakini Gülüstan qalasının daşlarını oğurlayır.
İddia olunur ki, baxımsız vəziyyətdə qalan qala divarlarının daşları sakinlər tərəfindən oğurlanaraq tövlə tikintisi üçün istifadə edilir.
Məsələni araşdırmaq üçün müvafiq qurumlarla əlaqə saxladıq.
Oxu.Az-a danışan Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib ki, bir neçə ilə əvvəl bu məsələni qaldırmalarına baxmayaraq, problem hələ də həll olunmayıb:
"İndiyə kimi bu məsələ araşdırılmayıb. Praktiki olaraq belə məsələlərlə bilavəstə Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət və Turizm Nazirliyi məşğul olur".
Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini Nəcəf Müseyibli də bu məsələyə Mədəniyyət və Turizm Nazirliyinin nəzarət etdiyini deyib:
"Abidələrin mühafizəsi ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olur. Siz onlara müraciət edin. Bizə nazirlik tərəfindən hər hansı abidənin vəziyyəti barədə müraciət olunanda nümayəndəmiz həmin əraziyə gedib vəziyyətini dəyərləndirir. Proses başa çatdıqdan sonra nazirliyə arayış verilir. Ümumiyyətlə, nazirlik demədən biz araşdırma apara bilmərik".
Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəm Əliyev isə onlarda bu məsələ ilə bağlı hər hansı məlumatı olmadığını vurğulayıb:
"Bu barədə məlumatım yoxdur. Bizdə bu işə baxan arxeoloq var. Məlumatı dəqiqləşdirdikdən sonra açıqlama verəcəyik".
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynov məzuniyyətdə olduğu üçün məsələdən xəbərsiz olduğunu bildirib:
“Hazırda məzuniyyətdəyəm. Məsələni dəqiqləşdirdikdən sonra sizə bununla bağlı nəsə deyə bilmərəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA