sedanews.az
sedanews.az

yuxarı Sosial şəbəkə düşkünlüyü: qızlar əcnəbilərə qoşulub qaçır, insan alveri, kiberbullinq

21-08-2019, 16:02 827 dəfə baxılıb

Sosial şəbəkə düşkünlüyü: qızlar əcnəbilərə qoşulub qaçır, insan alveri, kiberbullinq

Sosial şəbəkələr cinayətkarlığın artmasına ciddi təsir göstərir.
Bunu Oxu.Az-a tanınmış hüquq müdafiəçisi, "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, internet şəbəkəsində təhdidlərin müəyyən edilməsi sisteminin hazırlanması üzrə tədbirlər görmək və həyəcan təbili çalmaq lazımdır:
"Bundan başqa, kriminal elementlərin qurbanına çevrilməmək üçün əhalini əməl edilməsi vacib olan təhlükəsizlik tədbirləri barədə məlumatlandırmalıyıq".
M.Zeynalova sosial şəbəkələrdən gələn təhlükələrin nə qədər gizli olduğunu ən yaxşı izah edən hadisədən söz açıb.
Mingəçevirdə yaşayan qadın (adı məlum səbəblərdən açıqlanmır) bir ay əvvəl təşkilata müraciət edərək qızının (yeniyetmə) itdiyini deyib. O, qızını ağıllı və sakit təbiətli kimi təsvir edib. Qadın əmin olduğunu bildirib ki, qızını aldadaraq evdən qaçmağa məcbur ediblər.
"Tezliklə öyrəndik ki, qız Türkiyəyə gedib, çünki onu Bakı aeroportunda görüblər. Lakin Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi istismar faktı aşkar edilmədiyinə görə bu işlə məşğul olmayıb. Biz özümüz qızı axtarmağa məcbur olduq. Qadın bir həftədən sonra yenidən mənimlə əlaqə saxlayaraq dedi ki, qızı Türkiyə vətəndaşına ərə gedib. Lakin ana yeni kürəkənin kim olduğunu, hətta onun adını bilmir", - M.Zeynalova qeyd edib.
Onun sözlərinə görə, qız öz əri ilə sosial şəbəkədə tanış olub. Hər şey ananın nəql etdiyi kimi olsaydı, yaxşı olardı. Axı qız Türkiyədə insan alverçilərinin, yaxud digər cinayətkar klanın qurbanına çevrilə bilərdi.
Qız ərini anası ilə niyə tanış etməyib? Nəyə görə Türkiyəyə getməzdən əvvəl mobil telefondakı bütün əlaqələri silib? Deməli, qızı evdən çıxaran şəxs ona məhz belə hərəkət etməyi tapşırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA