sedanews.az
sedanews.az

"Qarabağ müharibəsindən əlimizdə sənədli kadrlar varsa, onun 60-70 faizi Çingizindir...”

29-08-2019, 12:43 819 dəfə baxılıb

"Qarabağ müharibəsindən əlimizdə sənədli kadrlar varsa, onun 60-70 faizi Çingizindir...”

 
“Çingiz Azərbaycan xalqının qəlbində H.Aslanov, A.Bağırov, M.İbrahimov yaşayan kimi yaşayacaq”
Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Milli Qəhrəman Çingiz Mustafayev haqda danışarkən deyib. Yazıçı onun əsl qəhrəman olduğunu bildirib:
“Bu gün əgər Qarabağ müharibəsindən əlimizdə sənədli kadrlar varsa, onun 60-70 faizi Çingizindir. Ən ağır nöqtələrdə, döyüşün ən qaynar yerindən reportajları demək olar ki, o, çəkib. Düzdü, bizim digər operatorlarımız da var. Amma dünyaya çıxarda biləcəyimiz lentlərin hamısı Çingizindir. O, əsl milli qəhrəmandır, mən onun haqqında nə deyə bilərəm. Çingiz Azərbaycan xalqının qəlbində H.Aslanov, A.Bağırov, M.İbrahimov yaşayan kimi yaşayacaq. O, çox cəsarətli və ölümün gözünə dik baxan bir adam idi. Təəssüflər olsun ki, bir işlə bağlı indi Füzulidəyəm və ona görə də Çingizin məzarını ziyarət edə bilmədim, amma qayıdandan sonra gedəcəm”. 
Qeyd edək ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da anadan olub. O, 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı şəhid olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA