sedanews.az
sedanews.az

Prezidentin “xalq artisti” adı verdiyi şəxslər kimdir?

18-09-2019, 15:08 926 dəfə baxılıb

Prezidentin “xalq artisti” adı verdiyi şəxslər kimdir?

                Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Vasif Kərim oğlu Allahverdiyev və Sərdar Fərəculla oğlu Fərəcov “Xalq artisti” fəxri adına layiq görülüblər.
Kult.az xəbər verir ki, “Xalq artisti” adına layiq görülən hər iki şəxs bəstəkardır.
Sərdar Fərəcov əməkdar incəsənət xadimi, fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktorudur.
Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirib.
Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilib. O, "Şəngülüm, Məngülüm" operası, "Müsyö Jordan və dərviş" (1998), "Bankir adaxlı" musiqili komediyası (2000), "Səhnədə məhəbbət" librettosunun və digər əsərlərin müəllifidir.
Vasif Allahverdiyev 1963-cü il oktyabrın 16-da anadan olub. 1992-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə, 1994-cü ildə isə tar ixtisası üzrə bitirib.
Simfonik orkestr üçün “Atatürk” simfoniyası, “Heydər Əliyev-Ömür yolu” simfonik poeması, səs və kamera orkestri üçün “Sənsizlik” elegiyası, xalq çalğı alətləri orkestri üçün “Cəngi sədası”, solo tar üçün “Qarabağ balladası”, ağac nəfəsli kvartet və nağara üçün “Muğamsayağı”, milli musiqi alətləri və kamera orkestri üçün işləmələrin müəllifidir.
Azərbaycan Milli Konservatoriyasının professorudur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA