sedanews.az
sedanews.az

Bakıda iki avtobus toqquşdu: yaralılar var

5-11-2019, 10:33 809 dəfə baxılıb

Bakıda iki avtobus toqquşdu: yaralılar var 

                
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 90 RA 864 dövlət nömrə nişanlı 57 saylı marşrutla Bakı Bus MMC-yə məxsus, 99 HJ 064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.
7A avtobusun sürücüsü Çingiz Salamov bildirib ki, 57 nömrəli marşrut dayanacaqda onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb.
***
Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması zamanı xəsarət alanların son durumunu açıqlayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakının 8-ci kilometr bazarının yanında, iki maaşrut avtobusunun toqquşması barədə məlumat Təcili Tibbi Yardıma, saat 22:20 də daxil olub.
Qeyd olunub ki, hadisə yerinə 5 briqada yollanıb: "Ümumilikdə 8 nəfər hospital olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Xəstəxananın baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA