sedanews.az
sedanews.az

BDU-nun yataqxanasında zəhərlənmədən ölən tələbənin adı bilindi - YENİLƏNİB

21-11-2019, 14:52 719 dəfə baxılıb

BDU-nun yataqxanasında zəhərlənmədən ölən tələbənin adı bilindi - YENİLƏNİB



Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmədən ölən tələbənin adı bəlli olub.
Oxu.Az xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır. 
O, universitetin fizika fakültəsində təhsil alıb. 
14:45
Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənənlərin adları bəlli olub.
Oxu.Az xəbərinə görə, bu barədə onları xəstəxanaya gətirən şəxs məlumat verib.
Bildirilib ki, bunlar Dilrubə, 1998-ci il təvəllüdlü İbadova Həmidə adlı qızlardır. Ölən gəncin adı hələlik bəlli deyil. 
Toksikoloq Azər Maqsudov bildirib ki, gətirilən qızların vəziyyətləri kritikdir: 
“Hazırda onlar ciddi həkim nəzarətində saxlanılır. Vəziyyətlərində irəliləyiş yoxdur. Zəhərlənmənin nədən baş verdiyi bəlli deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA