sedanews.az
sedanews.az

Xırdalanda ağır qəza: Maşının təkərləri yerindən çıxdı

27-11-2019, 12:01 862 dəfə baxılıb

Xırdalanda ağır qəza: Maşının təkərləri yerindən çıxdı 

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən 10 SR 041 dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobilin sürücüsü idarəetmə itirərək qəza törədib.
Zərbə nəticəsində avtomobil ön və arxa təkərləri yerindən çıxıb, avtomobil tamamilə yararsız hala düşüb.
Qəza nəticəsində ölən və ya yaralananların olması barədə məlumat yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA