sedanews.az
sedanews.az

Bakıda gecə "özlərini doğrayan" gənclər kimdir?

13-12-2019, 12:33 951 dəfə baxılıb

Bakıda gecə "özlərini doğrayan" gənclər kimdir?




                
Daxili İşlər Nazirliyi (DİN) Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin saxlanılması ilə bağlı açıqlama yayıb.
Axar.az-a verilən açıqlamada bildirilib ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər:
"Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.
Qeyd edək ki, gənclərin özlərinə xəsarət yetirdiyi də bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA