sedanews.az
sedanews.az

İranda şok olay: İmamın türbəsi yandırıldı

16-12-2019, 14:54 707 dəfə baxılıb

İranda şok olay: İmamın türbəsi yandırıldı

                İranın Şiraz şəhərində naməlum şəxslər “Bent ül Həsən” türbəsini yandırıblar.
Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 13-də baş versə də, İranın rəsmi dairələri məlumatı olaydan bir neçə gün sonra yayıb.
Məlumata görə, naməlum şəxslər şiələrin ikinci imamına gedib çıxan “Bent ül Həsən” imamzadəsinin nəzir qutularındakı pulları və digər əşyaları oğurladıqdan sonra türbəni yandırıblar.
Türbəni yandıran şəxslərin hadisə yerindən qaça bildiyi vurğulanıb.
İmamzadənin yandırılmasının İranda baş verən son etirazlarla əlaqədar olduğu ehtimal edilir. Hadisənin detalları araşdırılır.
Rəsmi statistik rəqəmlərə əsasən, hazırda İranda 11 min imamzadə türbəsi var. Ötən ilə qədər ölkədəki imamzadələrin sayı islam inqilabından əvvəlki dövrlə müqayisədə 10 dəfər artıb.
Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin bahalaşdırması qərarına etiraz olaraq kütləvi nümayişlər başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA