sedanews.az
sedanews.az

Eldəniz Zeynalovun aktyor oğlu ağır durumda

25-12-2019, 12:04 837 dəfə baxılıb

Eldəniz Zeynalovun aktyor oğlu ağır durumda



                Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu, İrəvan Dövlət Dram teatrının aktyoru Məmməd Zeynalovun səhhətində kəskin problemlər yaranıb.
Kult.az xəbər verir ki, bu barədə Musavat.com-a danışan İrəvan Dövlət Dram Teatrının aktyoru İftixar Piriyev onun dializ xəstəsi olduğunu xatırladıb.
“Onun son vəziyyəti ilə bağlı məsələyə gəldikdə isə teatr bu halda yalnız mənəvi dəstək göstərə bilir və hər zaman dəstək göstərməkdədir. Həyat yoldaşının dediyinə görə, ona təcili böyrək köçürmək lazımdır. Bu elə bir xəstəlikdir ki, onun müalicəsinə gücümüz çatmır. Əlbəttə ki, Məmməd Zeynalova təcili kömək lazımdır. Məlum olduğu kimi, o, çox hörmətli aktyorumuzun övladıdır, üstəlik, şəxsən özünə böyük hörmət bəslədiyimiz insan, istedadlı aktyordur.
Onu da qeyd edim ki, Məmməd Zeynalovun həyat yoldaşının atası Milli Qəhrəmandır. Yəqin ki, bu da faktor ola bilər. Yaxşı olardı ki, bu cür hallarda iş adamları aktiv olsun, köməklik göstərsin”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov sualımıza bu cür cavab verdi: “Məmməd Zeynalov İrəvan Dövlət Dram Teatrında çalışır. Həmin teatrdan bizə verilən məlumata görə, bu məsələni hər zaman diqqətdə saxlayırlar”.
Qeyd edək ki, M.Zeynalovun səhhətindəki ağırlıqla bağlı xanımı İradə Zeynalova Aznyus.az-a danışıb. O qeyd edib ki, Məmməd hər an ölə bilər:
“Qohumlardan bizə kömək yoxdur, heç kəs böyrəyini vermək istəmir. Mən özüm onkoloji xəstəyəm. Böyrəyimi vermək istəyirəm, amma həkim icazə vermir. Deyir ki, sən böyrəyini versən, həyatın təhlükə altında qalar. 1 yaşında oğlum var, əgər mən böyrəyimi versəm, öləcəyəm, uzun illərdən sonra tapdığım övladım da anasız qalacaq, baxan olmayacaq. Heç kəs bizim ailə ilə maraqlanmır. Vəziyyətimiz çox acınacaqlıdır”.
Xatırladaq ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi. Belə ki, o, 2016-cı ilin səhər saatlarında serial çəkilişinə gedərkən yolda yıxılmışdı. Xəstəxanaya yerləşdirildikdən sonra məlum olmuşdu ki, 38 yaşlı aktyorun beyninə qan sızıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA