sedanews.az
sedanews.az

Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı

2-05-2019, 22:38 1 034 dəfə baxılıb

Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı

                                                              #BIÇAQLANMA                           
            
Bakıda orta məktəb şagirdi bıçaqlanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki "Oba" marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Hadisənin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA