sedanews.az
sedanews.az

Rusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdı

3-07-2019, 12:25 864 dəfə baxılıb

Rusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdı




                
Rusiyada tədqiqat üçün nəzərdə tutulan sualtı qayıqda baş verən yanğın zamanı 14 dənizçi həlak olub.
Sedanews. az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.
Hadisə iyulun 1-də baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
Severomorskda elmi-araşdırma aparan sualtı qayıqda 14 nəfərin ölümü ilə nəticələnən yanğın səbəbindən Rusiya Prezidenti Vladimir Putin Tverə səfərini təxirə salaraq, təcili Kremlə qayıdıb.
Kremldə Müdafiə naziri Sergey Şoyqu ilə görüşən Putin ondan hadisə ilə bağlı hesabat verməsini istəyib.
“Yanğında ölənlər arasında 7 nəfər 1-ci dərəcəli kapitan və 2 Rusiya Qəhrəmanı var. Heyət üzvləri həddən artıq peşəkarlardan ibarət idi. Bu, çox böyük itkidir. Sizdən xahiş edirəm, Severomorska gedin və baş vermiş hadisə ilə bağlı hesabat verin”, - Putin Kremldə bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA