sedanews.az
sedanews.az

Ağır qəzada ölənlər arasında ata ilə oğulları və iki bacı da var - ADLAR

9-07-2019, 15:41 24 dəfə baxılıb



Ağır qəzada ölənlər arasında ata ilə oğulları və iki bacı da var - ADLAR


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, ölənlər arasında ata və iki oğlu, bundan başqa iki bacı var.
Belə ki, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu və 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu ilə birlikdə dəhşətli qəzanın qurbanlarından olub.
İki bacı və bir qardaş - 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı və bacısı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğlu da qəzada ölənlər arasındadır. 
Xatırladaq ki, bu gün “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində səkkiz nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA