sedanews.az
sedanews.az

Gəncə hadisələri zamanı həbs edilən şəxs türmədə öldü

10-07-2019, 15:59 899 dəfə baxılıb

Gəncə hadisələri zamanı həbs edilən şəxs türmədə öldü

                2018-ci il iyulun 3-də Gəncədə baş vermiş olayla bağlı hәbs edilən Aydın Qurbanovun bu gecə - iyulun 10-da Penitensiar Xidmətin xəstəxanasında vəfat etməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Axar.az-a danışan Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov xəbəri təsdiqləyib:
“Həmin şəxsin hansı ittihamla həbs olunduğunu dəqiq bilmirəm, amma ötən gecə Aydın Qurbanov adlı şəxs vəfat edib. A.Qurbanov mədə xərçəngindən müalicə alırdı”.
Qeyd edək ki, Aydın Qurbanov 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilib. A.Qurbanov Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA