sedanews.az
sedanews.az

Xankəndidə uşaq bağçasının zirzəmisində dron və xeyli silah-sursat tapılıb

27-02-2024, 11:42 151 dəfə baxılıb


  Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb.
Bu barədə REAL-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
  Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1 178 patron darağı, 8 508 ədəd mərmi, 24 min 320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA