sedanews.az
sedanews.az

AZAL təyyarəsinin tualetindən GÖRÜN NƏ ÇIXDI: Komitə məsələni araşdırır

6-08-2019, 17:19 860 dəfə baxılıb

AZAL təyyarəsinin tualetindən GÖRÜN NƏ ÇIXDI: Komitə məsələni araşdırır 



 

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd “iPhone” markalı mobil telefon tapılıb. 

Mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub. 
Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı “iPhone”ların ora yerləşdirilməsi məlum olub.

Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.

“Azərbaycan Hava Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.
istinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA