sedanews.az
sedanews.az

Səkkiz yaşlı uşaq babasının maşınını sürdü - Nənəsini öldürdü

7-08-2019, 13:18 759 dəfə baxılıb

Səkkiz yaşlı uşaq babasının maşınını sürdü - Nənəsini öldürdü



 

Lənkəranda azyaşlı uşaq öz nənəsini avtomobillə vurub. 

Bədbəxt hadisə ötən gecə şəhərin M. M. Axund küçəsi 190 ünvanında qeydə alınıb.  
Həmin ünvanda yaşayan 8 yaşlı uşaq, babası Zaur Bahadır oğlu Ağayevin evinin həyətində saxladığı avtomobili hərəkətə gətirib və ehtiyatsızlıqdan nənəsi, 1952-ci il təvəllüdlü Zahirə Dilşad qızı Ağayevanın üzərinə sürüb.  
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA