sedanews.az
sedanews.az

Ev sahibini 70 yaşlı qadına görə öldürdü: Arvadıma sataşırdı

30-08-2019, 14:57 873 dəfə baxılıb

Ev sahibini 70 yaşlı qadına görə öldürdü: Arvadıma sataşırdı 

                                                                                       
            
Bakıda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi məhkəmə prosesi başlayıb.
Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Ruslan İlyasovun daha əvvəl də adam öldürməyə görə məhkum edilib.
İttihama görə, qətl hadisəsi bu ilin aprelində Mərdəkan qəsəbəsində baş verib.
46 yaşlı Ruslan İlyasov bağban işlədiyi bağ evinin sahibi Sergey Musayevi əvvəlcə oraqla qarın nahiyəsinə vurub, sonra balta ilə boyun nahiyəsini kəsib. Sergey Musayev hadisə yetində ölüb.
Hadisə yerini tərk edən Ruslan İlyasov paytaxtda bir qədər gəzilşib, sonra polisə zəng edərək, qətl törətdiyini, ən qısa zamanda öz xoşu ilə bölməyə gələrək təslim olacağını söyləyib.
İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman Ruslan İlyasov orada olmayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Ruslan İlyasov Sergey Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Sergey Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.
Hüquq mühafizə orqanı əməkdaşları Ruslan İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq, bu ifadənin inandırıcı səslənmədiyini bildiriblər.
Ruslan İlyasovla həyat yoldaşı arasında böyük yaş fərqi də suallar yaradıb.
İstintaq orqanı tərəfindən Ruslan İlyasova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA