sedanews.az
sedanews.az

Göygöldəki dəhşətli qətlin təfərrüatı: dul qadın evlənmək istəyib, gəncin ailəsi razı olmayıb

9-09-2019, 12:44 802 dəfə baxılıb

Göygöldəki dəhşətli qətlin təfərrüatı: dul qadın evlənmək istəyib, gəncin ailəsi razı olmayıb

                           
            
Göygöldə gənc qadının həyatına son qoyan kişi saxlanılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları mənbələrindən məlumat verilib. 
Qeyd edək ki, sentyabrın 8-də Göygöldə qətl hadisəsi baş verib. Cinayətin qurbanı "Beynəlxalq Bank"ın Gəncə filialının əməkdaşı 35 yaşlı Günay Cəlilli olub. Qatil gənc qadının başını kəsib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl polis əməkdaşları cinayətdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Orxan Məmmədovu Bakıda yaxalayıblar. 
İlkin məlumatlara görə, G.Cəlilli iki uşaq anası dul qadın olub. Onun O.Məmmədovla yaxın münasibətdə olduğu bildirilir. Şəxslər arasında münaqişənin yaranma səbəbi isə G.Cəlillinin O.Məmmədovdan evlilik tələbi olub.
O.Məmmədov isə bundan imtina edib. Qeyd edək ki, Məmmədovun yaxınları da tərəflər arasındakı yaş fərqinə görə bu evliliyə razılıq verməyib. 
Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA