sedanews.az
sedanews.az

Dünyanın 9 universitetinə qəbul olan azərbaycanlı

2-04-2019, 10:49 1 095 dəfə baxılıb

Dünyanın 9 universitetinə qəbul olan azərbaycanlı

  <img src="https://imgs.su/upload/196/3659070204.jpg">      
                  
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                    
Ailəsi ilə birlikdə ABŞ-da yaşayan azərbaycanlı gənc İbrahim Məmmədov maraqlı bir uğura imza atıb. 
Kult.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, o, Harvard, Yel, Stanford, Prinston, Kolumbiya universitetləri daxil olmaqla, dünyanın doqquz aparıcı universitetinə qəbul olub.
Hələ 9 yaşında ikən Azərbaycandan köçən İbrahim məktəb təhsilinin böyük hissəsini Nyu Yorkda, Bruklin  Texniki Litseyində alıb. İndi isə o, təhsilini Harvard Universitetində davam etməyə və Azərbaycan dilinin etnoqrafiyası haqda elmi araşdırma aparmağa hazırlaşır.
Arzuladıqları universitetlərə qəbul olmaq istəyən gənclərə tövsiyəsində İbrahim onlara çox şeyləri qurban verməli olacaqlarını qeyd edib:
“Xoşladığım, sevdiyim işləri görməyə vaxt tapa bilmirdim. Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm. Bu cür çətinliklərə üzləşəndə həvəsdən düşməsinlər, oxumaqlarına davam etsinlər. Axırı yaxşı olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA