sedanews.az
sedanews.az

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

23-05-2019, 10:23 980 dəfə baxılıb

Samboçumuz erməniyə qalib gəlib,  “bürünc” qazandı

                                                                                    
     

      
Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti mükafatını qazanıb.
Milli.Az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, İspaniyanın Xixon şəhərində keçirilən Avropa çempionatına qatılan idmançımız döyüş sambosunda qüvvəsini sınayıb. 82 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar ilk qarşılaşmada ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan samboçumuz bürünc medal uğrunda görüşə çıxıb. Ermənistan samboçusu Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA